Lionel Messi ABŞ-nin "İnter Mayami" klubunun tarixinə düşüb.
Sportnet.az xəbər verir ki, argentinalı superulduz formasını geyindiyi Mayami klubunun çox qol vuran futbolçu olub.
MLS-in XXXIV turunda "Nyu-İnqlend Revolyuşin"i 6:2 hesabı ilə məğlub etdikləri matçda het-trikə imza atan Messi komandasının heyətində ümumilikdə 33-cü qolu vurub.
Bunadək "İnter Mayami"nin heyətində ən çox fərqlənən futbolçu 31 qolla Leonardo Kampana idi.
Qeyd edək ki, "İnter Mayami" klubu 2018-ci ildə təsis olunub.