İsveçin "Elfsborq" klubu UEFA Avropa Liqasının əsas mərhələsinin VI turunda "Qarabağ"la evdə keçirəcəyi oyuna hazırlıq planını müəyyənləşdirib.
Sportnet.az xəbər verir ki, İsveç çempionatı başa çatdığı üçün komanda Ağdam təmsilçisi ilə vacib görüş öncəsi "Hekken"lə yoldaşlıq oyunu keçirməyə hazırlaşır. Qarşılaşma dekabrın 6-na planlaşdırılıb.
"Qarabağ”la oyundan sonra isə “Elfsborq”un futbolçuları istirahətə yollanacaq. İsveç klubunun baş məşqçisi Oskar Hillemark bu cür danışıb: “Avropa Liqasındakı hər görüşdən əvvəl bir yoxlama matçı keçirməyimiz çox xoşdur”.
“Elfsborq” – “Qarabağ” matçı dekabrın 12-də “Buros Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.