
Kurban Berdiyev “Tovuz Turan”dan ayrılıb.
Sportnet.az xəbər verir ki, bu iddia ilə Rusiyanın “Legalbet.ru” saytı çıxış edib.
Bildirilib ki, 72 yaşlı mütəxəssisin klubdakı işi rəhbərliklə münaqişələrlə müşayiət olunub. Bu səbəbdən tərəflər yolların ayrılmasını qərara alıb.
Dmitri Smirnov, Vasili Berezutski və Aleksandr Naqornı Premyer Liqa klubunun yeni məşqçi korpusunu formalaşdıra bilər. Hazırda tərəflər arasında danışıqlar aparıldığı vurğulanır.