Konfrans Liqasında Liqa mərhələsinin ikinci yarısı start götürüb.
Sportnet.az xəbər verir ki, IV turun ilk günündə bir matç baş tutub.
Yeganə qarşılaşma Türkiyədə keçirilib. Autsayderlər qrupunda yer alan “Başakşəhər” sonuncu pillənin sahibi “Petrokub”u qəbul edib. Meydan sahibləri uzun müddət hesabda öndə olsalar da, aşkar favorit hesab olunduqları görüşdə qələbə qazana bilməyiblər. Moldova təmsilçisi 90+6-cı dəqiqədə bərabərlik qolunu vurub. Bu “Petrokub”un turnirdə ilk xalı olub.
Qeyd edək ki, tura noyabrın 28-də yekun vurulacaq.
Konfrans Liqası
Liqa mərhələsi, IV tur
27 noyabr
19:30. “Başakşəhər” – “Petrokub” - 1:1
-------------------------------------
Bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsində IV tura start veriləcək.
Sportnet.az xəbər verir ki, günün yeganə matçı Türkiyənin İstanbul şəhərində keçiriləcək.
"Başakşehir" doğma meydanda Moldova təmsilçisi "Petrokub"u qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, əvvəlki üç matçda bir heç-heçə edən İstanbul klubu 1 xalla 32-ci pillədə qərarlaşıb. Bütün görüşlərdə uduzan qonaqlar isə sonuncu - 36-cı sıradadır.