Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik İngiltərənin "Mançester Yunayted" klubuna qayıda bilər.
Sportnet.az xəbər verir ki, alman mütəxəssis idman direktoru vəzifəsini tuta bilər.
Bu vəzifə hazırda klubda vakant qalıb.
Qeyd edək ki, R.Ranqnik 2021-ci ilin dekabrında "Mançester Yunayted"in baş məşqçisi təyin edilib və mövsümün sonunda klubun məsləhətçisi kimi çalışıb. 2022-ci ildə isə Avstriya millisinə baş məşqçi təyin olunub.