Danimarka millisinin və İtaliyanın "Milan" klubunun sabiq futbolçusu Simon Kyaer karyerasını başa vurub.
Sportnet.az xəbər verir ki, 35 yaşlı müdafiəçi bu barədə "TV 2 Sport"a müsahibəsində bildirib.
O, AVRO-2024-dən bir il əvvəl bu barədə düşündüyünü bildirib: "Karyeramı "Milan"da bitirmək istəyirdim, bu, ən yaxşı seçim idi".
Qeyd edək ki, son olaraq 2024-cü ilin əvvəlində "Milan"ın formasını geyinən Simon Kyaer İspaniyada "Sevilya", Türkiyədə "Fənərbağça"nın uğurları üçün də çalışıb.