Azərbaycan Premyer Liqasında XX turun “Sabah”la səfər oyunu “Sumqayıt”ın futbolçusu Nadir Orucov üçün əlamətdar olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, akademiyanın yetirməsi elitada debüt edib. Orucov bu uğura 18 yaş 21 günlüyündə nail olub.
Qeyd edək ki, görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.