"Qalatasaray" Alvaro Moratanın icarəyə götüürülməsi məsələsini həll edib.
Sportnet.az xəbər verir ki, İstanbul klubu "Milan"ın hücumçusunu mövsümün sonuna kimi icarəyə götürüb.
Müqavilədə futbolçunun tranfer hüquqlarına yiyələnmə bəndi də yer alıb. "Sarı-qırmızılılar" ispaniyalı forvardı almaq istəsə, 15 milyon avro ödəməli olacaq.
Morata "Qalatasaray"da "Milan"dan çox maaş alacaq. O, İstanbul təmsilçisində ayda 900 min avro alacaq. Qeyd edək ki, Viktor Osimhenin də maaşı bu qədərdir.
32 yaşlı futbolçu "Milan"a ötən yay "Atletiko"dan keçmişdi.