1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin futbolçusu: "Qələbə istəyi gərginlik yaratmışdı"
"İlk oyunumuz olduğuna görə, qələbə qazanmaq istəyirdik. Məşqçilərimiz də tapşırmışdılar ki, qələbə bizim üçün vacibdi. Oyundan əvvəl hava şəraiti məşq keçməyimizə imkan vermədi. Bununla belə, təlim-məşq toplanışını yüksək səviyyədə keçirdiyimizdən, problem yaranmadı. Bu qələbə sonrakı oyunlara yaxşı motivasiya olmağımıza şərait yaradacaq. Qarşıdakı 2 oyunu öz meydanımızda keçirəcəyik. Həmin oyunlarda da yaxşı nəticə qazanacağımıza inanıram". Sportnet.az-ın məlumatına görə, bu sözləri 21 yaşlılardan ibarət Azərbaycan millisinin futbolçusu Adil Nağıyev Farer adaları ilə oyundan sonra deyib.
1:0 hesablı qələbə ilə bitən matç haqda fikirlərini affa.az saytına bildirən futbolçu sözlərinə belə davam edib: "Rəqib hücumçuların boyunun hündür olması problem yaratmadı. Çünki bizim müdafiəçilər də onlardan geri qalmırdı. "İkinci mərtəbə”də onlardan daha yaxşı oynadıq.
Hesabın gec açılması müəyyən gərginlik yaratmışdı. 60-cı dəqiqədən sonra uşaqlarda həyəcan hiss olunurdu. Qələbə istəyi gərginlik yaratmışdı. Rəqibin 1-2 təhlükəli epizodu da oldu. Əslində, biz hesabı erkən aça bilərdik. Birinci hissədə daha çox şansımız oldu. Amma 81-ci dəqiqədə bunu bacardıq. Gec oldu, amma istədiyimiz oldu.
Qələbə ilə başladıq, bu templə də davam etməyi düşünürük. Qrupumuzda güclü rəqiblər yer alsa da, sona qədər mübarizə aparacağıq. Həm də bu oyundan öncə heyətimizdə zədəli futbolçular vardı. Lakin onların əvəzinə meydana çıxanlar bunu hiss etdirmədilər.”