
İngiltərə Premyer Liqasında çıxış edən üç klub İtaliya təmsilçisi "Atalanta"nın futbolçusu Ademola Lukmanı heyətə qatmaq üçün mübarizə aparır.
Sportnet.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, bunlar "Liverpul", "Tottenhem" və "Çelsi"dir.
Hər üç klubun hələlik 45 milyon avro təklif etdiyi vurğulanıb.
Nigeriyalı hücumçunun nümayəndələri onun İngiltərədə çıxış etmək istədiyini bildiriblər. Yekun qərarı A Seriyası təmsilçisi verəcək.
Qeyd edək ki, forvard cari mövsüm "Atalanta" forması ilə bütün turnirlərdə 30 matçda 17 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.