
Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşəcək.
Sportnet.az xəbər verir ki, həlledici görüşdə "Zirə" və "Birbaşa Bakı" komandaları üz-üzə gələcək.
Matç saat 21:00-da, Bakı Tennis Akademiyasında start götürəcək.
Qeyd edək ki, ötən il "Birbaşa Bakı" komandası Azərbaycan çempionu olmuşdu.