
“Sabah” klubunun qapıçısı Stas Pokatilov Qazaxıstan millisinə dəvət alıb.
Sportnet.az Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper yığmanın dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlara çağırılıb.
Oyunçu komandasının Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışına martın 17-də qoşulacaq.
Qeyd edək ki, Qazaxıstan seçməsi martın 22-də Uels, 25-də isə Lixtenşteynlə qarşılaşacaq.