
İngiltərənin "Arsenal" klubu İspaniya "Real Madrid"i ilə keçirəcəyi UEFA Çempionlar Liqasının 1/4 final oyunundan öncə ciddi itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, cinah müdafiəçisi Rikardo Kalofiori İtaliya millisinin heyətində zədələnib.
O, Almaniya millisinə evdə 1:2 hesabı ilə uduzduqları Millətlər Liqasının 1/4 final mərhələsinin ilk görüşündə xəsarət alıb.
Zədənin ciddilik dərəcəsi tibbi müayinədən sonra müəyyənləşəcək.
Qeyd edək ki, "Arsenal" "Real Madrid"ə qarşı ilk oyununu aprelin 8-də öz meydanında, cavab görüşünü aprelin 16-da səfərdə keçirəcək.