
İngiltərənin "Nyukasl" klubunun yarımmüdafiəçisi Sandro Tonali "Barselona"nın (İspaniya) maraq dairəsindədir.
Sportnet.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 24 yaşlı italiyalı futbolçunu transfer siyahısına salıb.
Bir neçə il əvvəl “Barselona” futbolçu üçün 65 milyon avro təklif etsə də onun transferi baş tutmamışdı.
S.Tonali bu mövsüm bütün turnirlərdə 35 matçda meydana çıxıb, 3 qola və iki məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, yarımmüdafiəçinin Premyer Liqa təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 45 milyon avro qiymətləndirir.