
“Hazırda klubumdan mənə təklif gəlməyib. Amma zəng edib bildirirlər ki, xaricdən təkliflər var. Mən isə hələ qərar verməmişəm”.
Bu sözləri sportnet.az-a açıqlamasında “Neftçi”nin braziliyalı futbolçusu Yuri Matias klubu tərk edəcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib.
30 yaşlı müdafiəçi övladının səhhətinə görə bu yay Rumıyaya qayıdacağı və Azərbaycanı birdəfəlik tərk edəcəyi ilə bağlı xəbərləri təsdiqləməyib: “Düzdür, bu yay “ağ-qaralar”la müqaviləm bitir. Ancaq hələ vaxt var. dəqiq heç nə demək olmaz. Burada oynadığım üçün çox xoşbəxtəm. Gələcək taleyim klubla mənim aramdakı məsələdir. Görək, başımıza nə gəlir”.
Qeyd edək ki, Yuri Matiasla “Rapid” və “ÇFR Kluj” klublarının maraqlandığı bildirilir. Paytaxt təmsilçisi onunla 2023-cü ilin iyulunda 2 illik müqavilə imzalayıb.