
Azərbaycan I Liqasında XXI tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, lider "Qəbələ" "Difai"ni darmadağın edib - 4:0.
Premyer Liqaya iddialı "Karvan" və "İmişli" komandaları arasındakı görüşdə isə qalib müəyyənləşməyib - 1:1.
11 aprel (cümə)
16:30. “Karvan” – “İmişli” - 1:1
Qollar: Roman Hüseynov, 73 - Oluvasen Timilehin, 7
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Rəhman Aslanov, Ruslan Quliyev
Yevlax şəhər stadionu, 2000 tamaşaçı
17:00. “Qəbələ” – “Difai” 4:0
Qollar: Domi Massumo, 7. Elşad Tağıyev, 16. Nicat Əliyev, 18; 57
Hakimlər: Rövşən Rəcəbov, Nurlan Əhmədzadə, Sadiq Əliyev, Niyaz Əhmədov
Qəbələ şəhər stadionu, 200 tamaşaçı
10 aprel (cümə axşamı)
16:00. MOİK – “Cəbrayıl” - 2:1
Qollar: İbrahim Əliyev, 58. Sabir Allahquliyev, 68 - Taleh Qarayev, 54
Hakimlər: Murad Səlimov, Aydın Baxşıyev, Elmin Süleymanov, Maqsud Şamıyev
Binə qəsəbə stadionu. 30 tamaşaçı
16:00. “Zaqatala” – “Baku Sporting” - 6:1
Qollar: Cavad Qurbanlı, 4. Roini İsmayılov (pen.), 45+1. Asim Babazadə, 46. Ruslan Süleymanov, 48 (ö.q.). Jan Pol Assumu, 58. Elşən Abdullayev, 83 (ö.q.) - İlham Allahverdiyev, 40
Qırmızı vərəqə: Cəfər Əlizadə, 17 ("Baku Sporting" - rəqibi aşkar qol vurmaqdan məhrum etmək)
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Zakir Şükürzadə, Nazim Abdullayev
Zaqatala OİK stadionu. 150 tamaşaçı
16:30. “Qaradağ Lökbatan” – “Mingəçevir” - 0:0
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, İslam Məmmədov
Lökbatan OİK stadionu. 80 tamaşaçı