
"Futbolun içində belə şeylər olur, nəbz qalxır".
Bunu “Şamaxı”nın futbolçusu Cəlal Hüseynov Azərbaycan Premyer Liqasının XXXI turunda evdə “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra sportnet.az-a açıqlamasında deyib.
22 yaşlı müdafiəçi qarşılaşmanın çətin keçdiyini bildirib: "Rəqibimiz turnir cədvəlində bizə yaxın idi. Qələbə qazanmaqla, həm arxadakı rəqiblərimizdən bir az da aralanmaq, həm də yuxarıdakı rəqiblərimizə bir az da yaxınlaşmaq istəyirdik.
Sevinirik ki, bunu bacardıq. Yaxşı da oyun getdi.
Düzdür, matça yaxşı başlamamışdıq. Amma sonradan oyuna nəzarəti ələ aldıq, qol vurduq. Daha sonra rəqib hesabı bərabərləşdirdi. Məncə, ikinci hissədə maraqlı mübarizə gedirdi, hər iki komanda yaxşı oyun sərgilədi. Onların da epizodları oldu, amma biz daha uğurlu olduq və sonda qələbə qazandıq".