Şimali Amerikanın nüfuzlu "Sportico" nəşri tarixin ən yüksək ödənişli idmançılarının siyahısını dərc edib.

 

Sportnet.az xəbər verir ki, siyahı hazırlanarkən, inflyasiya da nəzərə alınıb.

 

Top-a 3 qolfçu, 3 futbolçu, 2 basketbolçu, 1 tennisçi və 1 boksçu düşüb.

 

1. Maykl Cordan (basketbol) — 4,15 milyard dollar
2. Tayger Vuds (qolf) — 2,79 milyard
3. Kriştianu Ronaldu (futbol) — 2,23 milyard
4. Lebron Ceyms (basketbol) — 1,88 milyard
5. Lionel Messi (futbol) — 1,85 milyard
6. Arnold Palmer (qolf) — 1,82 milyard
7. Cek Niklaus (qolf) — 1,75 milyard
8. Devid Bekhem (futbol) — 1,61 milyard
9. Roje Federer (tennis) — 1,59 milyard
10. Floyd Meyvezer (boks) — 1,52 milyard.