
Azərbaycan Premyer Liqasında XXXI turun “Şamaxı” ilə səfər oyununda "Kəpəz" azarkeşləri ehtiyat oyunçular skamyasına zərər vurub.
Sportnet.az xəbər verir ki, İntizam Komitəsi dəymiş zərərə görə Gəncə klubunu cəzalandırıb. Dəymiş zərərin "Kəpəz" tərəfindən qarşılanması qərara alınıb.
Qarşılaşmanın 85-ci dəqiqəsində “Şamaxı”nın futbolçusu Maykl Tuik ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu isə 500 manat cərimə edilib.
Qeyd edək ki, oyun "Şamaxı"nın qələbəsi ilə yekunlaşıb - 2:1.