
Azərbaycan I Liqasında çempion və Premyer Liqaya vəsiqə qazanan bütün komandalar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, XXII turda "Qəbələ" evdə MOİK-ə 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qolu 90+7-ci dəqiqədə penaltidən Elşad Tağıyev vurub. Bununla da xalını 58-ə çatdıran "Qəbələ" sona 4 tur qalmış çempionluğu rəsmiləşdirib.
"İmişli" və "Karvan" komandaları isə sona 4 tur qalmış elitaya vəsiqəni təmin ediblər.
XXIII tur qarşılaşmalarında onlar müvafiq olaraq, səfərdə "Zaqatala"nı və evdə "Cəbrayıl"ı eyni hesabla yeniblər - 2:0.
Hazırda "İmişli" 44 xalla 2-ci, "Karvan" 43 xalla 3-cü yerdə gedir. 4-cü pillədəki "Zaqatala"nın 28, 5-ci yerdə gedən MOİK-in 26 xalı var.
27 turdan ibarət çempionatın qalan oyunlarında uduzsalar belə, "İmişli" və "Karvan" ilk "3-lük"dən kənar qalmayacaq. Bu isə həm də o deməkdir ki, gümüş və bürünc medallar uğrunda mübarizə bu iki komanda arasında gedəcək.
I Liqa, XXIII tur
25 aprel (cümə)
17:00. “Karvan” – “Cəbrayıl” - 2:0
Qollar: Bəhruz Teymurov, 18. Emil Qasımov, 81
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elmin Süleymanov, Sənan Bayramzadə
Yevlax şəhər stadionu, 1000 tamaşaçı
17:00. “Zaqatala” – “İmişli” - 0:2
Qollar: İdris İnqilablı, 21; Abbas Ağazadə, 61
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Anar Bədəlov, Mahmud Bağırzadə
Zaqatala OİK stadionu, 700 tamaşaçı
18:00. “Qəbələ” – MOİK - 1:0
Qol: Elşad Tağıyev, 90+7 (penalti ilə)
Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə
Qəbələ şəhər stadionu
24 aprel (cümə axşamı)
17:00. “Qaradağ Lökbatan” – “Difai” - 3:1
Qollar: Araz Abdullayev, 58 (p.); 75; Hakan Həsənov, 84 - Seymur Əliyev, 9
Qırmızı vərəqə: Sahib Həsənov, 52 ("Difai")
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Rasim Axundov, Nazim Abdullayev
Lökbatan OİK stadionu. 150 tamaşaçı
17:00. “Mingəçevir” – “Bakı Sportinq” - 4:0
Qollar: Taleh Fərmanov, 5; Nahid Əliyev, 25; 46; Abba Usman, 64
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Rəhman Aslanov, Samir Musayev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydanca). 1200 tamaşaçı