
"Real Madrid" klubunun futbolçusu Kilian Mbappe bu gün "Barselona"ya qarşı İspaniya Kubokunun final matçında iştirak edə bilməyəcək.
Sportnet.az xəbər verir ki, fransalı hücumçunun hələ də fiziki cəhətdən hazır olmadığı təsdiqlənib.
Mbappe UEFA Çempionlar Liqasının 1/4 finalında İngiltərə "Arsenal"ına 1:2 hesabı ilə uduzduqları cavab oyununda topuğundan zədə alıb. O, İspaniya çempionatının XXXII turunda "Atletik" ilə matçda da (1:0) iştirak etməyib.
Qeyd edək ki, "El-Klasiko" bu gün Bakı vaxtı ilə 00:00-da Sevilyadakı Olimpiya stadionunda baş tutacaq.