
Bu gün UEFA Avropa Liqasında 1/2 final mərhələsinə start veriləcək.
Sportnet.az xəbər verir ki, bu mərhələdə İspaniyanın “Atletik Bilbao” klubu İngiltərə “Mançester Yunayted”ini, “Tottenhem” isə İngiltərədə Norveçin “Budo/Qlimt” komandasını qəbul edəcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu mayın 8-də keçiriləcək.
UEFA Avropa Liqası
1/2 final, ilk oyunlar
1 may
23:00. “Tottenhem” (İngiltərə) - “Budo/Qlimt (Norveç)
23:00. “Atletik Bilbao” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə).