
Qazaxıstan I Liqasında III turun "Ekzibastuz" - "Aktobe-2" komandalarının oyununda dava düşüb.
Sportnet.az xəbər verir ki, 62-ci dəqiqədə qonaq komandanın futbolçusu Alişer Kenjequlov "Ekzibastuz"un qapıçısı İlya Sotnikə qarşı kobud oynayıb.
Buna görə də iki komandanın futbolçuları arasında kütləvi dava düşüb. Hadisəyə hüquq-mühafizə orqanları müdaxilə etməli olub.
Referi Kenjequlovu və qarşı tərəfdən Aslan Suleymenovu meydandan qovub.
Oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.