
Azərbaycan II Liqasında XXIV turun “Şəfa” - “Şahdağ Qusar” oyunu üçün bütün biletlər satılıb.
Teleqraf xəbər verir ki, bu barədə "Şəfa" klubunu açıqlamasında bildirilir.
Paytaxt təmsilçisi “ASK Arena”da təşkil olunacaq matçın satışa çıxarılan 3729 biletinin hamısının tükəndiyini iddia edib.
Mayın 4-də baş tutacaq görüş saat 16:00-da start götürəcək.
"Şahdağ" klubu ağır danışıqlardan sonra öz azarkeşləri üçün 514 bilet əldə edə bilib. Həmin biletləri qusarlı azarkeşlər 10 manat ödəyərək, götürüblər. Lakin biletin üzərində oyun tarixinin 2014-cü il yazılması onları şoka salıb. Paytaxt klubu rəhbərliyinin tarixi səhvən 1 il əvvələ yazdığı müəyyənləşib.
“Şəfa" klubu daha 745 bileti öncədən satışa çıxardığını açıqlasa da, sonradan onları öz sərəncamına qaytararaq, azarkeşlərinə pulsuz payladığını bildirib.
Beləliklə, oyuna qusarlı fanatların daha çox gəlməsinin qarşısı bu yolla alınıb.
Qeyd edək ki, 23 oyundan sonra “Şahdağ Qusar” 67 xalla birinci, “Şəfa” isə 64 xalla ikincidir. Qusar təmsilçisi cari mövsümdə məğlub olmayıb. Mayın 4-də keçiriləcək qarşılaşma saat 16:00-da başlanacaq. Oyunu İdman TV canlı yayımlayacaq.