
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu baş məşqçi Jorje Jesuşla yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Jesuşun köməkçisi Məhəmməd Əl-Şalhub klubun müvəqqəti baş məşqçisi təyin edilib.
Qeyd edək ki, “Əl-Hilal” Səudiyyə Ərəbistanı çempionatında 29 matçda 62 xalla lider "Əl-İttihad"dan 6 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.