
“Oyunun ikinci hissəsində üstünlük bizim tərəfdə idi. Biz rəqibə daha fəal təzyiq edirdik”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının XXXIII turinda səfərdə “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.
43 yaşlı rusiyalı mütəxəssis gərgin keçən qarşılaşmanı belə şərh edib: “Birinci hissədə bərabər səviyyəli oyun keçdi. Şanslarımız vardı ki, bu oyunda qollar vuraq. Təəssüf ki, yenə heç-heçə etdik”.
Berezutski baş hakim Əliyar Ağayevin sarı vərəqə göstərdiyi epiozod barədə də danışıb: “Əlbəttə, sarı vərəqə oyunun bir hissəsidir. Amma çalışmalıyıq ki, olmasın. Yəqin, mən aqressiv şəkildə qışqırmışam. Amma bu, elə deyildi. Mən sadəcə demək istəyirdim ki, o tərəfdə “foul” yox idi, bu tərəfə verdin. Baş hakimə fikrimi çatdırmaq istəyirdim”.