
Asiya Çempionlar Liqasında Səudiyyə Ərəbistanının "Əl-Əhli" və Yaponiyanın "Kavasaki Frontale" komandaları arasında final oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Ciddə şəhərindəki Kinq Abdulla Sports Siti" stadionunda təşkil olunmuş qarşılaşma ərəb klubunun qələbəsi ilə yekunlaşıb - 2:0.
Qolları Venderson Qaleno 35-ci və Frank Kessyö 42-ci dəqiqədə vurub.
Qeyd edək ki, "Əl-Əhli" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.