
Türkiyə Superliqasının 34-cü turunun oyununda “Qalatasaray” öz meydanında “Sivasspor”u böyük hesabla (4:1) məğlub edib.
Sportnet.az xəbər verir ki, “sarı-qırmızılar”ın heyətində Lukas Torreyra, Viktor Osimhen (2 dəfə) və Barış Alpər Yılmaz fəqlənib
Vacib qələbə sayəsində “Qalatasaray” çempionluğa xeyli yaxınlaşıb. Hazırda “Qalatasaray” 83 xalla (32 oyun) vahid liderdir. “Fənərbağça” 75 xalla (31 oyun) 2-ci pillədə mövqe tutub.
Qeyd edək ki, turun mərkəzi oyununda sabah “Fənərbağça” İstanbul derbisində “Beşiktaş”ı qəbul edəcək