
Azərbaycan Premyer Liqasında XXXIII turun son oyununda “Neftçi” və “Kəpəz” komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, “Neftçi Arena”da baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Baş hakim Rauf Cabarovun idarə etdiyi görüşdə ilk qolu 24-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Aleks Fernandes vurub.
Qonaqların oyunçusu Luis Paçu 50-ci dəqiqədə hesabı bərabərləşdirməyə nail olub. 62-ci dəqiqədə isə “sarı-göylər”in üzvü Camal Cəfərov fərqlənərək komandasını hesabda önə çıxarıb.
Matçın 70-ci dəqiqəsində “ağ-qaralar”ın yarımmüdafiəçisi Elvin Camalov ikinci sarı vərəqə, yəni “qırmızı”ya görə meydandan qovulub.
Azlıqda qalmasına rəğmən, "Neftçi" bərabərlik qolunu vurub. 90+6-cı dəqiqədə təyin olunmuş penaltini Emin Mahmudov dəqiq yerinə yetirib.
Bu nəticədən sonra Azər Bağırovun komandası xallarını 29-a çatdıraraq turnir cədvəlində 9-cu pillədə qalıb. Samir Abasovun kollektivi isə 37 xalla yenidən 6-cı pilləyə qayıdıb.
Qeyd edək ki, günün ilk matçında “Qarabağ” evdə “Sumaayıt”ı 2:0 hesabı ilə məğlub edib. Turun digər oyunlarına gəldikdə, “Zirə” evdə “Turan Tovuz”u məğlub edib - 1:0. “Şamaxı” “Səbail”lə, “Sabah” isə “Araz-Naxçıvan”l heç-heçə edib - 1:1.
----------------------
“Qarabağ” Azərbaycan Premyer Liqasının XXXIII turunda “Sumqayıt”ı qəbul edib.
Sportnet.az xəbər verir ki, “Azərsun Arena”da təşkil olunan görüşdə Ağdam təmsilçisi qələbə qazanıb - 2:0.
Baş hakim Cavid Cəlilovun idarə etdiyi oyunda 60-cı dəqiqədə Yassin Benziya hesabı açıb. 82-ci dəqiqədə isə Kadi Borges yekun hesabı müəyyənləşdirib.
Ötən tur çempionluğunu təmin etmiş Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv xal sayını 80-ə çatdırıb. Vaqif Cavadovun komandası 30 xalla 8-cidir.
Qeyd edək ki, tura “Neftçi” - “Kəpəz” oyunu ilə yekun vurulacaq. “Neftçi Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
---------------------------------
Bu gün Azərbaycan Premyer Liqasının XXXIII turunun son iki qarşılaşması baş tutacaq.
Sportnet.az xəbər verir ki, günün ilk oyununda “Qarabağ" doğma meydanda "Sumqayıt"la üz-üzə gələcək.
Uzun müddət sonra “Azersun Arena”da təşkil olunacaq matçı Cavid Cəlilov idarə edəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 77 xalla ötən tur erkən çempionluğunu təmin etmiş olsa da, Vaqif Cavadovun baş məşqçisi olduğu “kimyaçılar” 30 xalla səkkizinci pillədə qərarlaşır.
Günün digər oyununda “Neftçi” “Kəpəz”i qəbul edəcək.
“Neftçi Arena”da baş tutacaq görüşü Rauf Cabarov idarə edəcək.
“Ağ-qaralar” 36 xalla 7-ci, Gəncə təmsilçisi isə 28 xalla 9-cudur.
Azərbaycan Premyer Liqası
XXXIII tur
4 may
18:00. "Qarabağ" – "Sumqayıt" - 2:0
Qollar: Yassin Benzia, 59. Kadi Borges, 82
Hakimlər: Cavid Cəlilov, MüslümƏliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Namiq Hüseynoc.
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu
20:00. "Neftçi” - “Kəpəz” - 2:2
Qollar: Aleks Fernandes, 24. Emin Mahmudov, 90+3 (pen.) - Luis Paçu, 50. Camal Cəfərov, 63
Qırmızı vərəqə: Elvin Camalov, 70 ("Neftçi")
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Neftçi Arena"
Qeyd edək ki, turun digər oyunlarında “Zirə” evdə “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib. “Şamaxı” “Səbail”lə, “Sabah” isə “Araz-Naxçıvan”l heç-heçə edib - 1:1.