
Türkiyə I Liqasında XXXVII turun oyunları keçirilir.
Sportnet.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin heyətində yer aldığı “Boluspor” evdə "Yeni Malatyaspor"u 10:1 hesabı ilə darmadağın edib.
İsgəndərli oyuna start heyətdə başlayıb və sona qədər meydanda olub. O, 85-ci dəqiqədə komandasının yeddinci qolunun müəllifi olub.
Azərbaycan yığmasının üzvü Coşqun Diniyevin çıxış etdiyi “Çorum” klubu isə öz meydanında "Şanlıurfaspor”u məğlub -edib - 2:1. Diniyev oyuna 83-cü dəqiqədə daxil olub.
Qeyd edək ki, 37 turdan sonra “Boluspor” 58 xalla 8-ci, “Çorum” isə 54 xalla 10-cu pillədə qərarlaşıb.