
“Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm”.
Sportnet.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının XXXIII turunda səfərdə “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
36 yaşlı mütəxəssis “Qarabağ”ın oyuna əsas heyətdə çıxdığını söyləyib: “Bu heyətə qarşı mübarizə aparmağa hələlik qadir deyilik. İnanıram ki, komandam növbəti mövsüm bundan da yaxşına nail olacaq”.
Cavadov “Sumqayıt”da qalmaq istədiyini söyləyib: “Komandanı çətin durumda götürdük.
Gənc məşqçiyəm. Bu mövsüm ola bilər ki, nələrsə alınmadı. İstənilən nəticəni əldə etməmişik. Növbəti mövsümdə daha yuxarı pillələrdə olmağa çalışacağıq”.
O, komandasının oyunlara təslimçi əyval-ruhiyyədə çıxmadığını da əlavə edib.