
2024/2025 UEFA Çempionlar Liqası mövsümünün yarımfinalında məhsuldarlıq rekordu təkrarlanıb.
Sportnet.az xəbər verir ki, İtaliyanın "İnter" və İspaniyanın "Barselona" komandaları arasındakı yarımfinal görüşlərində qapılara üst-üstə 13 qol vurulub.
Ümumi hesab "İnter"in xeyrinə olub - 7:6 (3:3, 4:3).
Əvvəllər iki oyunda 13 qolu komandalar bir-birilərinə 2018-ci ildə vurublar. Həmin vaxt İngiltərə "Liverpul"u İtaliya "Roma"sını üstələməyi bacarıb - 7:6 (5:2, 2:4).