
İkiqat dünya çempionu Ronaldo İspaniyanın paytaxtı Madriddəki restoranların birinin çıxışında sərxoş halda yaxalanıb.
Sportnet.az xəbər verir ki, video-çarx "Yekədiş"in 2008-ci ildən sahibi olduğu "Valyadolid" komandasının La Liqadan düşməsi fonunda yayılıb.
Onun dövründə klub üçüncü dəfə elitanı tərk edir.
Klubun azarkeş qrupu Ronaldonun bu davranışını tənqid edib: "Bu da "Valyadolid"in prezidenti və majoritar səhmdarı. Onun qayğı göstərdiyi irsi də ortadadır. Bizim "Valyadolid" ölmür, hər gün satışsız məhv olur, get-gedə quyuya düşür".
Qeyd edək ki, "Valyadolid" 100 illik tarixi ərzində ilk dəfə ardıcıl 8 oyundan məğlub ayrılıb. Hazırda komanda 34 oyundan 20 xalla sonuncu - 20-ci pillədədir.