
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, turnirin əsas favoriti sayılan “Çelsi” böyük ölçüdə finala vəsiqəni təmin edib. İsveç klubunun səfərdə böyük hesablı məğlubiyyətin əvəzini çıxacağı inandırıcı deyil.
İtaliyada “Fiorentina” ilə “Betis”in oyunu daha maraqla gözlənilir. İspaniya klubu ilk qarşılaşmada minimal hesabla üstünlük qazansa da, meydan saiblərinin finala vəsiqə şansları az deyil.
Qeyd edək ki, turnirin final oyunu mayın 28-də Polşada keçiriləcək.
Avropa Liqası
Yarımfinal, cavab oyunu
8 may
23:00 “Fiorentina” (İtaliya) – “Real Betis” (İspaniya)
İlk oyun: 1:2
23:00 “Çelsi” (İngiltərə) – “Yurqorden” (İsveç)
İlk oyun: 4:1