
Hazırda Azərbaycan Premyer Liqasında qalmaq uğrunda mübarizə aparan "Sumqayıt" klubu avrokuboklarda çıxış etmək fikrində olub.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA Lisenziyalaşdırma Komissiyasının açıqladığı siyahıdan məlum olub.
“Araz-Naxçıvan”, “Qarabağ”, “Sabah”, “Turan Tovuz”, “Zirə” və hətta “Neftçi”nin müraciəti məntiqlidir. Çünki "Qarabağ" və "Zirə" artıq avrokuboklara vəsiqəni təmin edib,"Araz-Naxçıvan" Konfrans Liqasına çıxmağa çox yaxındır. "Turan Tovuz" və "Sabah"ın taleyinə, yəqin ki, Azərbaycan Kubokunun final oyunundan sonra aydınlıq gələcək. "Neftçi" Azərbaycan Kubokunun yarımfinalınadək şanslarını qoruyurdu. Lakin "Sumqayıt" bu mövsüm Konfrans Liqasında çıxış etsə də, gələn mövsüm nəinki avrokuboklarda çıxış edə bilər, hətta I Diviziona düşmə təhlükəsi ilə üzləşib.
Əvəzində "Səbail", "Şamaxı" və "Kəpəz" belə cəsarətdə bulunmayıb.
Premyer Liqaya vəsiqə qazanan "Qəbələ", "İmişli" və "Karvan" müvafiq qaydada lisenziyalarını əldə edib. I Liqadan belə bir niyyətdə olduğunu bildirən digər komandalar "Baku Sporting" və "Difai" olub. Bu iki klubdan əlavə, "Cəbrayıl", “Qaradağ Lökbatan”, “Mingəçevir”, MOİK və “Zaqatala” da yenə I Divizionda oynaya biləcək.
Reqlamentə əsasən, onların sıralarına “Şahdağ Qusar”, “Şəfa” və “Şimal”ın da qoşulacağı rəsmiləşib. Üstəlik, dördüncü vəsiqə uğrunda mübarizə aparan “Hypers Quba”, “Şəmkir” və “Dinamo”ya da belə bir şans tanınıb.
I Divizionda iştirak üçün daha 2 klub - hazırda II Liqada 14 komanda arasında 8-ci yerdə gedən “Araz Saatlı” və son pillədə yer alan “Füzuli” də müraciət edib. Lakin onlara rədd cavabı verilib.
Qeyd edək ki, növbəti mövsümdən Azərbaycan Premyer Liqasında komanda sayı 12 olacaq. I Liqa və II Liqada komanda sayı isə hələlik müvafiq olaraq, 10 və 14-dür.