
“Bu komanda ilə oyunlarımız mübarizəli keçir”.
Sportnet.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov səfərdə "Sabah"a 1:3 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis qarşılaşmada xal qazanmaq istədiklərini bildirib: “Sabah” bu il bizə qalib gəlməmişdi, bu gün bacardılar. Oyunu standart vəziyyətlərdə uduzduq. İkinci qoldan öncə qayda pozuntusu yox idi. Rəqib önə keçəndən sonra gənc oyunçulara şans verdik. Ümumiyyətlə heyətdə dəyişikliklər etdik. Bəzilərini meydanda görmək istəyirdim. Zədəli oyunçularımız çox idi. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Məncə, “Şamaxı” bu il qarşıya qoyulan məqsədə çatdı. Sona 2 oyun qalıb. Bundan sonra gələcək planlar haqda fikirləşəcəyik”.
O, görüşün baş hakimi Fərid Hacıyevdən həmişə narazı qaldığını söyləyib: “Danışmaq istəmirəm. Deyirik ki, gəncdilrər, dəstək oluruq. Top çıxıb, "faul" verir. Ayıbdır, bu uşaqların əziyyəti yerə vurulur. Ardınca olan hücumdan sonra rəqib künc zərbəsindən fərqləndi. Sadə epizodlarda sarı vərəqələr verdi. Fərid Hacıyev bizim oyunları zəif idarə edir. Bilmirəm, nədən irəli gəlir”.