
İngiltərənin "Mançester Siti" klubu İtaliyanın "Milan" komandasının futbolçusu Ticani Reynderslə maraqlanır.
Sportnet.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər" niderlandlı yarımmüdafiəçini yayda heyətinə cəlb etməyi planlaşdırır.
Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiola 27 yaşlı oyunçunu əsas hədəf kimi müəyyənləşdirib.
"Milan" Reynderslə yollarını ayırmaq istəmir. "Rossoneri"lər yalnız yüksək məbləğli təklifləri nəzərdən keçirəcək.
Qeyd edək ki, Ticani Reyndersin "Milan"la müqaviləsi 2030-cu ilin iyununa qədərdir. O, cari mövsüm İtaliya A Seriyasında keçirdiyi 35 oyunda 10 qol və 4 məhsuldar ötürmə müəllifi olub.