
İspaniyanın "Atletiko Madrid" klubunun futbolçusu Anxel Korrea karyerasına Meksikada davam etdirə bilər.
Sportnet.az "Relevo"ya istinadən xəbər verir ki, 30 yaşlı hücumçu "Tiqres"ə keçməyə yaxındır.
Meksika klubu argentinalı oyunçu üçün "Atletiko Madrid"ə 6 milyon avro ödəyəcək. Korreanın "Tiqres"lə müqaviləni razılaşdırdığı bildirilir.
Qeyd edək ki, Anxel Korrea Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub. O, 2015-ci ildən "Atletiko Madrid"in şərəfini qoruyur.