
"Trabzonspor"la "Qalatasaray" arasında keçiriləcək Türkiyə kubokunun final oyununun baş tutacağı Qaziantepdə xoşagəlməz hadisələr baş verib.
Sportnet.az xəbər verir ki, iki komandanın azarkeşləri üz-üzə gəlib və gərginlik yaşanıb. Daha sonra isə onların arasında dava düşüb.
Qısa müddətdə böyüyən hadisələr daşlı və dəyənəkli davaya çevrilib. Bir-birinə amansızca hücum edən azarkeşləri digərləri ayırmağa çalışıb.
Qeyd edək ki, Türkiyə kuboku bu axşam, Bakı vaxtı ilə saat 21:45-də