
Almaniyanın “Bayer Leverkuzen” klubu futbolçusu Florian Virts üçün təxminən 150 milyon avro tələb edəcək.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
Leverkuzen təmsilçisi növbəti həftə ərzində 22 yaşlı yarımmüdafiəçidən gələcəyi ilə bağlı qəti qərar gözləyir.
Daha əvvəl bildirilmişdi ki, Virts “Bavariya” ilə müqavilə şərtlərini razılaşdırıb və Münhen klubu futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır.
Məlumata görə, əgər “Bavariya” bu məbləği təklif etsə, “Bayer" bunu dərhal rədd edəcək.
Qeyd edək ki, indiyə qədər Florian Virtsə nə “Bavariya”, nə “Mançester Siti”, nə də “Liverpul”dan rəsmi təklif daxil olmayıb.