
"Şamaxı" klubunun futbolçusu Maykl Tuik zədələnib.
Sportnet.az xəbər verir ki, 32 yaşlı hücumçu "Araz-Naxçıvan"a qarşı Azərbaycan Premyer Liqasının XXXV tur matçından əvvəl məşq vaxtı xəsarət alıb.
Adı start heyətində olan braziliyalı forvardı Murad Vəliyev əvəzləyib.
Qeyd edək ki, "Şamaxı" - "Araz-Naxçıvan" oyunu saat 17:00-da başlanıb və AzTV vasitəsilə canlı yayımlanır. Hələlik hesab açılmayıb - 0:0.