
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu karyerasını bitirmək fikrində deyil.
Sportnet.az məşhur insayder Nikolo Skiraya istinadən xəbər verir ki, Ər-Riyad təmsilçisi ilə yayda müqaviləsi bitən portuqaliyalı hücumçu daha iki mövsüm peşəkar futbol oynamaq fikrindədir.
40 yaşlı oyunçu bir neçə klubdan təklifi alıb və yaxın günlərdə gələcəyi ilə bağlı yekun qərarını verəcək.
Qeyd edək ki, Kriştianu Ronaldu 2022-ci ilin dekabrından "Əl-Nəsr"də çıxış edir. O, cari mövsüm ərzində meydana çıxdığı 39 oyunda 33 qol və 4 məhsuldar ötürmə müəllifi olub.