
Türkiyənin "Qalatasaray" klubu yayda komandadan ayrılacaq qapıçı Fernando Musleranın əvəzləyicisini tapıb.
Sportnet.az "Defensa Central"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi uruqvaylı futbolçunu "Real Madrid"in qapıçısı Andrey Luninlə əvəzləməyi planlaşdırır.
"Cim-Bom" ukraynalı oyunçuya "kral klubu"nda qazandığı məvacibdən daha sərfəli maliyyə şərtləri təklif edir.
26 yaşlı Luninə İngiltərənin "Aston Villa" klubu da maraq göstərir.
"Real Madrid" mümkün transferlə bağlı qərarı iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək FIFA Klublararası Dünya Çempionatından sonra verəcək.
Qeyd edək ki, Andrey Luninin "Real Madrid"lə müqaviləsi 2030-cü ilin yayına kimi nəzərdə tutulub. O, cari mövsüm ərzində 14 oyunda iştirak edib.