
"Kristan Pelas" klubunun futbolçusu Ebereçi Eze İngiltərədə klubunu dəyişə bilər.
Sportnet.az “TBR Football”a istinadən xəbər verir ki, "Arsenal" 25 yaşlı hücumameyilli yarımmüdafiəçini transfer etmək niyyətindədir.
"Topçular" ingiltərəli oyunçunun 80 milyon avroluq satınalma maddəsini aktivləşdirməyə hazırlaşır.
Qeyd edək ki, 2020-ci ildən Premyer Liqa təmsilçisində çıxış edən Ebereçi Eze cari mövsüm komanda ilə İngiltərə Kubokunun qalibi olub.