
"Sabah"ın qapıçısı Stas Pokatilov Qazaxıstan yığma komandasına dəvət olunub.
Sportnet.az xəbər verir ki, millinin əslən azərbaycanlı baş məşqçisi Əli Əliyev 33 yaşlı oyunçunu iyunun 5-də Belarusla yoldaşlıq, iyunun 9-da isə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Şimali Makedoniya ilə matçı üçün çağırdığı geniş heyətə salıb.
Belarusla matç Minskdə, Şimali Makedoniya ilə Astanada təşkil olunacaq.
Qeyd edək ki, Qazaxıstan millisinin yekun heyəti mayın 31-də bəlli olacaq. Stas Pokatilov cari ilin yanvarından "Sabah"da çıxış edir.