
Braziliya millisinin və İspaniya təmsilçisi "Real Madrid"in futbolçusu Rodriqonu transfer etmək istəyən daha bir klub bəlli olub.
Sportnet.az xəbər verir ki, 24 yaşlı hücumçunun xidmətində İngiltərənin "Çelsi" komandası maraqlıdır.
Tərəflər arasında rəsmi danışıqlar olmasa da, "zadəganlar"ın rəhbərliyi futbolçunun meneceri ilə müəyyən söhbətlər aparıb.
Qeyd edək ki, Rodriqo daha əvvəl Premyer Liqa təmsilçiləri "Arsenal" və "Mançester Siti"nin maraq dairəsinə düşüb. Forvard bu mövsüm bütün turnirlərdə 50 oyuna çıxıb, 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.