
UEFA Avropa Liqasında 2024/25 mövsümünün rəmzi heyəti müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Mövsümün ən yaxşı "11-liyi"ndə çempion "Tottenhem"in 4 futbolçusu yer alıb.
Qapıçı: Qulyelmo Vikario ("Tottenhem", İngiltərə);
Müdafiəçilər: Robin Kox ("Ayntraxt Frankfurt", Almaniya), Kristian Romero, Pedro Porro (hər ikisi "Tottenhem"), Fredrik Byorkan ("Budo/Qlimt", Norveç);
Yarımmüdafiəçilər: Patrik Berq ("Budo/Qlimt"), Brunu Fernandeş, Kazemiro (hər ikisi "Mançester Yunayted", İngiltərə);
Hücumçular: Rayan Şerki (“Lion”, Fransa), Dominik Solanke (“Tottenhem”), Nikolas Uilyams (“Atletik Bilbao”, İspaniya).
Qeyd edək ki, "Tottenhem" mayın 21-də keçirilən final oyununda "Mançester Yunayted"i məğlub edib - 1:0.