
"Oyun barədə danışılası çox söz yoxdur. Futbolçular özləri qısa müddətdə toparlanaraq, meydana çıxdılar və qələbə qazandılar".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt" komandasının baş məşqçisi Vurğun Hüseynov səfərdə "Səbail"ə 4:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXVI tur matçından sonra mətbuat konfransında deyib.
37 yaşlı mütəxəssisin sözlərinə görə, 3 xal komandası üçün vacib idi: "Çünki 1 pillə irəliləmək şansımız var idi. Bir daha futbolçulara təşəkkür edirəm. Enişli-yoxuşlu nəticələrə görə azarkeşlərimizdən üzr istəyirik. Çünki belə nəticələr Sumqayıt şəhərinə, onun tək komandasına yaraşmır. Gələcəkdə daha yaxşı nəticələr görərlər".
Hüseynov gələcək baş məşqçinin köməkçisi kimi "Sumqayıt"da qalıb-qalmayacağına belə aydınlıq gətirib: "Mənə bu barədə dəqiq bir söz deyilməyib. Bizim üçün əsas bu iki oyun idi. Gələcəkdə nə olacağını görəcəksiniz".