
İspaniya "Real Madrid"inin futbolçusu Kilian Mbappe komandanın La Liqada debüt mövsümündə 30 və daha çox qol vuran ilk futbolçusu olub.
Sportnet.az xəbər verir ki, fransalı hücumçu "Real Sosyedad"la qarşılaşmada "dubl" etdikdən sonra Primeradakı qol sayını 31-ə çatdırıb. Qarşılaşma "kral klubu"nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Mbappe La Liqada ilk mövsümündəki qol sayında üçüncü pilləyə qalxıb:
34 - Ronaldo (1996/1997, "Barselona")
33 - Pruden (1940/1941, "Atletiko Aviasyon")
31 - Kilian Mbappe (2024/2025, "Real Madrid")
30 - Romario (1993/1994, "Barselona")
Ümumilikdə 27 yaşlı forvard mövsüm ərzində 54 qarşılaşmada 42 qol vurub və 5 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Kilian Mbappe ötən yay "Real Madrid"ə Fransa PSJ-sindən azad agent kimi keçib.