
"Araz-Naxçıvan" klubu futbolçusu Miço Kuzmanoviçlə yollarını ayıracaq.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, Muxtar Respublika təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə yayda bitəcək müqaviləni yeniləməyəcək.
Bosniyalı oyunçu 2023-cü ilin yayından "Araz-Naxçıvan"da çıxış edirdi.
Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov bununla bağlı Teleqraf-a açıqlamasında komandanın bir çox futbolçusu ilə sözləşməsinin mövsümün sonunda bitdiyini söyləyib: "Təkcə Felipe Santos və İqor Ribeiro ilə müqaviləmiz davam edir. Baş məşqçi Elmar Baxşıyevın belə, sözləşməsi bitəcək.
Kuzmanoviçə gəldikdə, o, qış fasiləsindən sonra 3 ayadək zədə səbəbindən komandaya kömək etmədi. Son beş oyunda meydana çıxmağa başlayıb".
Qeyd edək ki, Miço Kuzmanoviç cari mövsüm ərzində meydana çıxdığı 28 oyunda cəmi 1 qolla yadda qalıb.